EN

Luka de Meo Gucci, Saint Laurent və Balenciaga brendlərinin sahibi olacaq

Finss.az xəbər verir ki, Fransanın Kering SA holdinq şirkətinin səhmdarları ümumi yığıncaqda Luka de Meonun baş direktor təyin edilməsini böyük səs çoxluğu ilə təsdiqləyiblər.

Orada deyilir ki, “bu təyinat direktorlar şurasının sədri və baş icraçı direktor rollarının ayrılmasının bir hissəsidir”.

De Meo 15 sentyabrda CEO vəzifəsini icra edəcək. Fransua-Henri Pinault şirkətdə direktorlar şurasının sədri kimi işləməyə davam edəcək.

Kering Gucci, Saint Laurent, Bottega Veneta, Balenciaga, McQueen, Brioni, Boucheron, Pomellato, Dodo, Qeelin, Ginori kimi məşhur moda brendlərinin sahibidir. Şirkətin 47 min işçisi var. İllik gəliri 17,2 milyard avrodur.

De Meo avtomobil istehsalçısı Renault-un baş direktoru vəzifəsini iyulun ortalarında tərk edib.

Kering səhmləri çərşənbə günü ticarət zamanı 0,5% ucuzlaşıb.

Chosen
19
fins.az

1Sources